“Azərbaycanla münasibətlərimiz daha da güclənəcək” - İsraildən açıqlama

"Israil və Azərbaycan arasında sıx münasibətlər mövcuddur”.
 
Bu barədə İsrail və Rusiya vətəndaşı olan bloqqer Aleksandr Lapşinin saxlanmasının İsrail-Azərbaycan münasibətlərinə mənfi təsir edəcəyi ilə bağlı xəbərlərə dair APA-nın sorğusuna cavab olaraq İsrail Xarici İşlər Nazirliyindən bildirilib.
 
Məlumatda deyilir ki, bu münasibətlər İsrail baş naziri Benyamin Netanyahunun Bakıya son səfəri zamanı da özünü göstərib: "Biz əminik ki, münasibətlərimiz daha da güclənməyə davam edəcək”.
 
Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloqqer Aleksandr Lapşin Azərbaycan sərhədlərini pozduğu və işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfər etdiyi üçün Azərbaycan hökumətinin müraciəti əsasında Minskdə saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiyası məsələsi həll olunur.
 
Bəzi mənbələr bu məsələnin İsrail-Azərbaycan münasibətlərinə mənfi təsir edəcəyini yazır. Həmçinin bəzi saytlarda qeyd olunur ki, İsrail hökuməti özünün Belarusdakı nümayəndələri ilə A.Lapşinin görüşünün təşkil edilməsi üçün rəsmi Minskə müraciət edib. 

MediaFax