Beynəlxalq Valyuta Fondu (IMF) ilə Azərbaycan hökuməti arasında hər hansı kreditin ayrılmasına dair danışıqlar aparılmır.
Bunu saytımıza açıqlamasında IMF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.
Qeyd edək ki, bu ilin dekabrında Azərbaycan hökuməti müxtəlif enerji layihələrini maliyyələşdirmək və iqtisadiyyatı şaxələndirmək üçün beynəlxalq maliyyə institutlarından ümumilikdə 2,5 mlrd. ABŞ dollarından çox vəsait cəlb edib. Həmin vəsaitin 1,5 mlrd. dolları Asiya İnkişaf Bankı (ADB), 400 mln. dolları Dünya Bankı Qrupu, 600 mln. dolları isə Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) payına düşür./report.az/
MediaFax