Ötən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsindən sonra Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliklərinin fəaliyyəti məsələsi də aktuallaşıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bununla bağlı açıqlama verib.
XİN rəsmisi bildirib:
"Azərbaycanın Türkiyə Respublikasındakı diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər”.