Azərbaycanın ticarət dövriyyəsi azalıb - 4 dəfə

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 183 ölkə ilə 16 031 631,91 min ABŞ dolları həcmində ticarət əməliyyatı həyata keçirib.
 
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət dövriyyəsinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 20,20% azalma qeydə alınıb.
 
Hesabat dövründə idxal əməliyyatlarının həcmi illik 6,0% azalaraq 7 716 723,78 min dollar, ixrac isə illik 30,02% azalaraq 8 314 908,13 min dollara enib.
 
Bu ilin yanvar-noyabr ayları ərzində ticarət dövriyyəsində 598 184,35 min dollarlıq müsbət saldo yaranıb.
 
Ötən ilin müvafiq dövründə həmin göstərici 2 432 017,66 min dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosunda 4 dəfədən çox azalma qeydə alınıb.
 
Bu müddətdə ölkəyə 7 228 adda mal gətirilib, Azərbaycandan isə əksinə 2 809 çeşiddə mal ixracı həyata keçirilib./modern.az/

MediaFax