Azərbaycanın cənubunda yer titrədi

Lerikdə 4 bal gücündə zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, zəlzələ yerli vaxtla saat 17:01-də Lənkarandan 16 km qərbdə Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb. Dərinliyi 13 km olan zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub./aznews.az/

MediaFax