Özbəkistanın yeni prezidenti ailəsi ilə - FOTO

Dünən Özbəkistanda prezident seçkiləri keçirilib.
 
Seçkilərdə 87,83 faiz seçici iştirak edib.

Bu, Özbəkistanda mərhum İslam Kərimovun uzun müddətli prezidentliyi başa çatandan sonra ilk seçkidir. 1990-cı ildən 2016-cı ilə qədər ölkənin birinci prezidenti olmuş İslam Kərimov bu il sentyabrın 2-də vəfat edib. Bundan sonra prezident vəzifəsinin icrası baş nazir Şövkət Mirziyayevə həvalə olunub.
 
Şövkət Mirziyayevin dekabrın 4-də keçirilən seçkilərdə qələbəsi şübhə doğurmur.

Yeni prezdentin ailə fotosunu təqdim edir.
 
Şövkət Mirziyayev (soldan ikinci) və onun ətrafındakılar: həyat yoldaşı Ziroatxon Həşimova, qızları Şahnaz və Səidə, kürəkənlər Oybək və Otabək, eləcə də nəvələr.
 


MediaFax