Qaradağ rayonunda Baş Ələt dəmir yolu stansiyası ərazisində Ələt vaqon deposuna məxsus vaqonda yanğın baş verib.
DİN-in saytı xəbər verir ki, dekabrın 29-da saat 19 radələrində baş verən hadisə nəticəsində vaqonun yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra oranın baş mexaniki Yusif Ağamalıyevin tüstüdən boğulmuş meyiti tapılıb.
Araşdırma aparılır.
MediaFax