Prezident İlham Əliyev "Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar qanunu imzalayıb
"Azərbaycan Respublikasının "Şücaətə görə” medalı haqqında Əsasnamə” təsdiqlənib
Prezident İlham Əliyev "Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
"Report” xəbər verir ki, sənədə əsasən, "Azərbaycan Respublikasının "Şücaətə görə” medalı haqqında Əsasnamə” təsdiqlənib.
Bundan başqa, "Azərbaycan Respublikasının "Şücaətə görə” medalının təsviri” təsdiq edilib.
Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcəklər.
Medalın üzərində "Azərbaycan uğrunda” sözləri həkk edilib.
MediaFax