Azərbaycanda dindarlar üçün yeni moizələr kitabı nəşr olunacaq.
Mediafax.Az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O bildirib ki, artıq bir moizələr kitabı çapdan çıxıb və ikinci möizələr kitabının çapına hazırlıq görülür.
QMİ sədri deyib ki, Azərbaycanda "Şeyxülislam" mükafatının yaradılması nəzərdə tutulur. O qeyd edib ki, bunun üçün tapşırıqlar verilib, bu mükafatlar din sahəsindən yazan jurnalistlər üçün də veriləcək.
"Fəaliyyətimdə jurnalistlərə çox arxalanıram və onlardan təkliflər gözləyirəm”.
Şeyxülislam din-dövlət münasibətlərinin inkişafında medianın rolunu yüksək qiymətləndirib:
"Bu gün Azərbaycanda dövlət ilə din arasında yüksək münasibətlər mövcuddur. Bu münasibətlərin qurulmasında mətbuatın da böyük rolu var”.