"Azərbaycan çempionatında oynamaq heç də asan deyildi. Oradakı karyeramı asan gəzinti adlandıra bilmərəm”.
Bu sözləri "Xəzər Lənkəran”ın sabiq braziliyalı futbolçusu Kristian Kabral deyib.
Son vaxtlar vətənində "Ponte Preta”nın şərəfini qoruyan yarımmüdafiəçi aşağı liqa təmsilçisi "Veloklub”a keçib.
Transferi haqda danışan 38 yaşlı veteran keçmiş karyerasını vərəqləyib, 2010-cu ildəki Azərbaycan dönəmini də yada salıb: "Azərbaycan və Braziliya, xüsusilə də San-Paulu futbolu arasında böyük fərq var. Orada futbol daha stasionar, sakit məcradadı. Amma Azərbaycanda da çox texnikalı oyun nümayiş etdirirlər. San-Pauluda bu idman növünə maraq daha böyükdü və matçlar ətrafında daim ehtiras olur. Karyeram ərzində bir sıra klublarda oynayıb, məşhur futbolçuları görməyim hesabına böyük təcrübə toplamışam”.
Qeyd edək ki, 2010-cu ildə "Xəzər Lənkəran”da çıxış edən Kabral 25 oyunda 2 qol vurub./apasport.az/
MediaFax