Azərbaycanda oxumuş prezident istefa verir

Anqola prezidenti Joze Eduardu duş Santuş prezident postundan istefa verməyə hazırlaşır.
 
38 ildir prezident olan Santuş bu il baş tutacaq seçkilərdə iştirak etməyəcəyini deyib.
 
74 yaşlı prezident bu barədə hələ 2016-cı ilin martında açıqlama versə də, onun opponentləri buna ciddi şübhə ilə yanaşırdılar.
 
Xatırladaq ki, Eduardu duş Santuş 1963-1969-cu illərdə indki Azərbaycan Neft və Sənaye Universitetində (o zamankı Neft və Kimya İnstitutu) təhsil alıb./modern.az/

MediaFax