Xaçmazda maraqlı ixtira edilib.
Xaçmazın Əhmədoba kənd sakini Fəxrəddin Bahadurov evini qızdırmaq üçün kustar üsulla istilik sistemi hazırlayıb. Onun ərsəyə gətirdiyi qurğu qeyri-adiliyi ilə diqqət çəkir. Belə ki, bu sistem alternativ enerji sayılan fındıq qabığı ilə çalışır.
Hazırladığı qurğu ilə gün ərzində 2 kisə fındıq qabığı yandırmaqla bütün evi qızdırmaq mümkündür. Ümumilikdə istilik sisteminin ərsəyə gəlməsi üçün 1500 manat xərcləməli olub.
Bu qurğudan eyni zamanda kənd təsərrüfatında istixanaların qızdırılmasında da istifadə etmək mümkündür./ARB/
MediaFax