Siyəzən rayonu, Qalaaltı kəndində istirahətə gedən 10 nəfər meşədə azıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Siyəzən rayonu, Qalaaltı kəndində 10 nəfərin meşədə azaraq köməksiz vəziyyətdə qalmaları barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların xilas olunmasını təmin ediblər.
Əməliyyat saat 20:55-də başa çatıb./aznews.az/
MediaFax