Azərbaycanda dəhşətli qan qisası - Dəmirlə döyüb öldürdülər

Hacıqabulda 46 yaşlı rayon sakini qətlə yetirilib.
 
Qətl hadisəsi səhər saatlarında Hacıqabul rayonunun Kolanı kəndində qeydə alınıb. Kolanı kənd sakini, 1970-ci il təvəllüdlü Şirəliyev Cahangir Sərhəd oğlu qan düşmənçiliyi zəminində 8 nəfər tərəfindən dəmir ling və digər küt alətlərlə döyülərək qətlə yetirilib. Ağır zərbələr alan C.Şirəliyev hadisə yerində dünyasını dəyişib.
 
Qeyd edək ki, qətlə yetirilən şəxsin atası Kolanı kənd sakini, 1934-cü il təvəllüdlü Şirəliyev Sərhəd Səhət oğlu ötən il avqustun 8-də qohumu, 1971-ci il təvəllüdlü Ədilov Habil Nəcəf oğlunu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib. Bu gün səhər saatlarında baş verən qətldə mərhum Habil Ədilovun qardaşları və yaxın qohumları iştirak edib.
 
Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılıb.
 
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./apa.az/

MediaFax