"Bursaspor”un prezidenti Ali Ay millimizin baş məşqçisi Robert Prosineçki ilə bağlı növbəti açıqlama verib.
Klub preziidenti Prosineçkinin "Bursaspor” gəlməməsinin səbəbi barədə danışıb:
"Klub rəsmiləri xoş niyyətlə Azərbaycana getdilər və Prosineçkinin meneceri ilə görüşdülər. İlk danışıq zamanı təzminatla bağlı heç nə deyilmədi. Bu məsələ gündəmə də gəlmədi. Belə bir problemlə qarşılaşacağımızı bilsəydik, Azərbaycana getməzdik. Peşman olduq. Təzminat məsələsi son gündə ortaya çıxdı və təmsilçilərimiz dərhal Türkiyəyə qayıtdılar”.
Qeyd edək ki, Robert Prosineçki ilə anlaşa bilməyən "timsahlar”ın rəhbərliyi komandanı Mutlu Topçuya həvalə edib./qafqazinfo.az/
MediaFax