Azərbaycan vətəndaşına 100 min dollar “atıblar” - İRANDA

İranda ticarətlə məşğul olmaq istəyən Azərbaycan vətəndaşına qarşı 100 min dollar dələduzluq edilib.

"Report"un xəbərinə görə, Şirvan şəhər sakini 1951-ci il təvəllüdlü Məmmədov Zaməddin Nüsrət oğlu Azərbaycanın hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək bildirib ki, 2010-cu ildə İran İslam Respublikasında tanışları tərəfindən aldadılıb.

Belə ki, Z.Məmmədov İranda Eldar və Etibar adlı şəxslərlə tanış olub və birgə ticarətlə məşğul olmaq üçün onlara 100 000 ABŞ dolları pul verib. Z.Məmmədov sonradan pulunu geri ala bilməyib.

Faktla bağlı araşdırma aparılır.

MediaFax