"Azərbaycan Tehranda binada baş verən yanğınla əlaqədar İrana kömək təklif edib”.
Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
O bildirib ki, Azərbaycanın bu təklifini İrana çatdırıb: "Mən bu təklifi İran tərəfinə çatdırdım. Başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla, Azərbaycan tərəfinə təşəkkürümü bildirirəm ki, həm keçmiş prezident Rəfsəncaninin ölümü ilə bağlı səfirliyə gələrək başsağlığı verib, həm də Tehrandakı hadisə ilə əlaqədar başsağlığı verərək kömək təklif edib. Biz Azərbaycanın bundan sonra da daha çox inkişaf etməsini istəyirik. İranla Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək".
Qeyd edək ki, ötən həftə Tehranda "Plasko" ticarət mərkəzinin binası yanğından sonra çöküb. Nəticədə onlarla adam ölüb. Həlak olanlardan 16-sı yanğınsöndürəndir, digərləri yerli sakinlərdir./APA/
MediaFax