"Bizi nəyin gözlədiyini yaxşı bilirdik. Təəssüf ki, 90 dəqiqə ərzində heç cür topu qapıdan keçirdə bilmədik. Bir neçə dəfə hesabı açmaq imkanı yaxaladıq".
Bunu Çexiya millisinin kapitanı Tomas Sivok DÇ-2018-in seçmə mərhələsində millimizlə oyundan (0:0) sonra deyib.
O bildirib ki, məqsədləri oyuna yaxşı başlamaq idi:
"Lakin belə sürətlə oynamaq çətin idi. İkinci hissədə Azərbaycan millisi, ümumiyyətlə, hücuma keçə bilmirdi".
"Heyətimizdə 7 dəyişiklik edilib. Deyə bilmərəm ki, bu gün hər kəs bütün bacarığını ortaya qoydu. Baş məşqçi yeni komanda formalaşdırır. Buna görə bizə çətin olacaq. Təəssüf ki, Azərbaycanla görüşdə qol vura bilmədik. Çətib görüş oldu. Bütün bunlara baxmayaraq, qrup ikinciliyi uğrunda mübarizəmizi sona qədər davam etdirəcəyik".
MediaFax