"Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək”.
Bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazir bildirib ki, silahların istehsalı istiqamətində danışıqlar başlayıb və yaxın illərdə istehsalı nəzərdə tutulub: "Bu silahlar 2 km məsafədə düşmənin radio-elektron qurğularını sıradan çıxaracaq”.
Nazir deyib ki, Azərbaycanın əsas məqsədi uzaq mənzilli raketlərin istehsalıdır. Bu istiqamətdə dünyanın hərbi şirkətləri ilə danışıqlar aparılır./APA/
MediaFax