Azərbaycan əhalisinin sayı artacaq, azalacaq?

Azərbaycanda 2017-2020-ci illər ərzində ölkə əhalisinin hər il orta hesabla 1,1 faiz artacağı gözlənilir.
 
Bu öz əksini "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində tapıb.
 
Layihənin "4.5.6. Əhali sakinliyi və demoqrafiya siyasətinin prioritetləri” adlı fəslində göstərilir ki, konsepsiyanın əhatə etdiyi dövrdə ölkə əhalisinin hər il orta hesabla 1,1 faiz artacağı gözlənilir.
 
Demoqrafik vəziyyətin yaxşılaşdırılması, əhalinin orta ömür yaşının artırılması və digər demoqrafik məsələlərin tənzimlənməsi məqsədilə demoqrafiya və əhali sakinliyinin inkişafı qarşıda duran əsas məqsədlərdir. Bu sahədə siyasətin prioritetləri aşağıdakılar olacaqdır.
 
Layihəyə görə, əhalinin ölüm səviyyəsinin ardıcıl sürətdə azaldılması yolu ilə cinslər və yaşlar üzrə ömür müddətinin uzadılması da nəzərdə tutulub.
 
"Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” artıq Milli Məclisə təqdim olunub  və parlamentin qarşıdan gələn plenar iclasında müzakirə olunacaq./modern.az/

MediaFax