Azərbaycan daha bir görkəmli alimini İTİRDİ...

Azərbaycan elminin qocaman alimlərindən olan Məşədixanım Nemətova vəfat edib.

Bu barədə Ölkə.Az-a tarixçi alim Firdovsiyyə Əhmədova məlumat verib.

92 yaşlı Məşədixanım Nemətva uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, tarix və etnoqrafiya sahəsində xeyli sayda tədqiqatların müəllifi olan alim, epiqrafikanı bir fənn kimi Azərbaycanda yaradıb və bu sahədə kadrlar yetişdirib.

2009-cu ildə "Şöhrət” ordeni ilə təltif edilən xanım professor akademiyada Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri olub.

MediaFax