Azərbaycan çempionatında biabırçılıq... - Foto

Futbol üzrə Azərbaycan çempionatının 16-cı turu çərçivəsində keçirilən AZAL-"Qarabağ" oyununda qonaqların ispan yarımmüdafiəçisi Dani Kintana zədələnib

Kintana qəflətən ayağını tutub və yerə yıxılıb.

Maraqlıdır ki, futbolçunu meydandan komanda yoldaşları xərəkdə çıxarıblar. Daha doğrusu, oyunçular komanda yoldaşlarını azyaşlı xərək daşıyanlara etibar etmək istəməyiblər.

Görünür, ciddi maliyyə sıxıntısı yaşayan AZAL-da bu iş üçün nəzərdə tutulmuş əməkdaşlar ixtisara salınıb və əvəzində azyaşlılar işə cəlb olunub.

Hər halda, bu, güclülər dəstəsində mübarizə aparan bir klub üçün biabırçılıqdır./ölkə.az/
 


MediaFax