Azərbaycan banklarından birinin İranda filialının açılması planlaşdırılır.
Bunu Azərbaycan-İran əlaqələrinə həsr olunan mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bankın adını açıqlamayıb. "Bu məsələ ikitərəfli müzakirə mövzularındandır. Hələlik hüquqi məsələlər müzakirə olunur", - deyə o əlavə edib./APA/
MediaFax