Azərbaycan - Avropa İttifaqı danışıqları başlayır

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar yaxın iki həftə ərzində Brüsseldə başlayacaq.

Bunu jurnalistlərə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
 
O qeyd edib ki, tərəflər yaxın günlərdə müzakirələrə başlayacaqlar: "Hazırda bu çox əhəmiyyətli saziş üzrə danışıqların başlamasına hazırlıq gedir: "Saziş ikitərəfli əməkdaşlığın, demək olar, bütün sahələrini əhatə edəcək"
 
O, həmçinin Aİ ilə və Azərbaycan arasında növbəti biznes-forumun yazda Bakıda keçiriləcəyini də deyib. 
 
M.Mard bildirib: "Biz Azərbaycanda Avropa biznesinin imkanlarını müzakirə etmək niyyətindəyik. Biz, həmçinin bundan əvvəl ikitərəfli görüşlərdə toxunulmuş əməkdaşlıq məsələlərində irəliləyişə baxacağıq".

MediaFax