8 ölkədən səfirlərimiz geri çağırıldı

Prezident İlham Əliyev Elxan Poluxovun Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında və eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
 
Sənədə əsasən Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında və eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

MediaFax