“Azəravtoyol”un ikinci adamı Türkiyədə həyatını itirdi

Oktyabrın 21-də qaz sızması nəticəsində evində baş verən partlayış zamanı ağır yanıq xəsarəti almış "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Aparat rəhbəri Müşviq Qurbanov dünyasını dəyişib.
 
Hazırda M. Qurbanovun cəsədinin Türkiyədən Azərbaycana gətirilməsi istiqamətinə hazırlıq gedir.  
 

Qeyd edək ki, oktyabrın 21-də səhər saat 7 radələrində Hökməli qəsəbəsindəki partlayış nəticəsində 3 nəfər - 1972-ci il təvəllüdlü Müşviq Qurbanov, həyat yoldaşı, 1972-ci il təvəllüdlü Şəbruz Novruzova və qızları, 2004-cü il təvəllüdlü Leyla Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri alıblar. Ailənin 3 yaşlı qızı Banıçiçək Qurbanlı dünyasını dəyişib.
 
M. Qurbanovun və həyat yoldaşının bədəninin 80 faizi, qızları Leyla Qurbanlının bədəninin isə 40 faizi yanıb. Həmin gün Respublika Yanıq Mərkəzinə yerləşdirilən M. Qurbanov və Ş. Novruzova daha sonra yaxınlarının istəyi ilə Türkiyəyə xəstəxanaya göndərilib.

MediaFax