“Azdrama”nın rejissoru polisə çağırıldı

Akademik Milli Dram teatrının rejissoru Əlif Cahangirli Səbayel rayon Polis İdarəsinin 9-cu polis bölməsinə çağırılıb.

Əlif Cahangirlinin polisə çağırılmasına səbəb onun ADO teatrının əməkdaşlarını və rəhbərini təhqir, təhdid etməsi ilə bağlıdır.

"Azdrama” əməkdaşının polisə çağırılması ilə bağlı ADO teatrının rəhbəri Elmin Bədəlovun münasibətini öyrənmək istəsək də o, bu barədə danışmaq istəmədiyini bildirdi.

ADO teatrının meneceri Kamal Aken isə deyib k, fevralın 8-da Əlif Cahangirli Səbayel rayon 9-cu Polis Bölməsində dindirilib: "Biz teatr olaraq Daxili İşlər Nazirliyinə, nazir cənab Ramil Usubova rəsmi müraciət etmişdik. Bu müraciət Əlif Cahangirlinin təhdidləri ilə bağlıdır. Təhqirlərlə bağlı isə işə məhkəmə baxacaq. Bir neçə gün bundan öncə Daxili İşlər Nazirliyindən teatrın rəhbərinə zəng olunmuşdu və bildirilmişdi ki, müraciətiniz nazirin məruzəsindədir, araşdırılacaq. Dünən Əlif Cahangirin izahatı alınıb.”

Bir neçə gün öncə Akademik Milli Dram Teatrının əməkdaşları Əlif Cahangirli, Xalq artisti Ramiz Məliklə ADO teatrı arasında qalmaqal yaşanıb. ADO teatrı onları təhqir etməsilə bağlı məhkəməyə də müraciət edib. Adıçəkilən şəxslərin onlardan üzr istəməsilə yanaşı dəymiş mənəvi ziyana görə 300 min manat təzminat ödəmələrini də tələb edirlər./aznews.az/

MediaFax