Akademik Milli Dram Teatrının gənc aktyoru Elçin Əhmədov məvacibinin azlığından gileylənib
"Ölkə.Az"ın məlumatına görə, aktyor sosial şəbəkədə cibində qalmış son pulu-əlli manatlıq əskinası paylaşaraq bu sözləri yazıb:
"Azərbaycan aktyorunun aldığı maaşdan cibində qalan pulu. İndi gəl ayın axarına qədər bu pulla özünü dolandır, maaşı alıb borc ver, kredit bağla".
Qeyd edək ki, Azərbaycandakı 26 dövlət teatrından nisbətən yüksək əmək haqqı "Azdrama"dadır.