Azarkeşi döyən futbolçu cəzalandırıldı

AFFA-nın İntizam Komitəsi "Neftçi" klubunu cəzalandırıb.
 
Paytaxt klubu Azərbaycan Premyer Liqasının IX turunda "Qarabağ"la keçirilən görüşdə təhlükəsizliyi tam təmin etmədiyi üçün 4 000 manat cərimələnib.

Buna oyunun 90+2-ci dəqiqəsində meydana azarkeşin daxil olması səbəb olub. Həmin azarkeşlə dava-dalaşda iştirak edən Katalin Tira qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub isə 2400 manat ziyana düşüb.

"Kəpəz"lə oyunda "İnter"in 6, AZAL-la görüşdə "Zirə"nin 4, "Sumqayıt"la matçda isə "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 800 manat cərimə olunub.

Sumqayıtda baş tutmuş görüşün 90+3-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Sadiq Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat ziyana düşüb./report.az/

MediaFax