Yevlax rayonunda qətlə yetirilən şəxsin və qətli törədənin kimliyi məlum olub.
Yevlax şəhər sakini 1992-ci il təvəllüdlü Məmmədov Sadiq Cəlil oğlu çalışdığı çayxanada baş verən münaqişə zəminində üstündə gəzdirdiyi bıçaqla çayxananın sahibi, 45 yaşlı Musayev Valeh Sabir oğlunu bıçaqlayaraq öldürüb.
Yevlax rayon Polis Şöbəsindən verilən xəbərə görə, hadisə yerində saxlanılan S. Məmmədov ilkin dindirmə zamanı əməlini etiraf edib. Yevlax rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./APA/
MediaFax