Ayrılığa dözmədi, özünü vurdu - İntiharın təfərrüatı

Dünən Bərdə rayonunda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.

Məlumata görə, rayonun İmamqulubəyli kənd sakini, 1980-ci il təvəllüdlü Şirinov Muxtar Cavanşir oğlu 1 aya yaxın imiş ki, həyat yoldaşı və uşaqlarından ayrı yaşayırmış. Təxminən 1 ay əvvəl onun xanımı ailədaxili məsələlər səbəbindən 3 uşağı ilə birgə Tərtərə ata evinə gedib. Qürurunu sındırıb həyat yoldaşının arxasınca getməyən 36 yaşlı Muxtar doğmalarının da Tərtərə gedib onu dilə tutmasına razılıq verməyib və dünən tüfənglə özünü güllələyərək intihar edib.

Silah səsinə ilk olaraq M.Şirinovun qonşuluqda yaşayan baldızı gəlib və onun özünü güllələdiyi məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./lent.az/

MediaFax