Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı sirlər açıb.
Müğənni "Həyat tərzi” verilişində sənətçinin onun bağ evini əlindən alması xəbərinə münasibət bildirib:
"Namiqlə aramızda problemimiz yoxdur. Verilişdə aparıcı Ranar Musayev mənə gözləmədiyim anda sual ünvanladı. Sonra dostlarım maqazin verilişində süjet hazırladı. Həmin açıqlamanı neçə vaxt əvvəl zarafatla demişdim. Amma o zarafat yox, gerçək idi. Bu hadisələr çoxdan olub. Namiq, səndən fərqli olaraq, mən sənin haqqında rahat danışıram. Sən hər şeyi sirr saxlayırdın. Eşqimizi də sirr saxlayırdın”.
A.Kazımova Namiqin onunla duet oxumaq istəmədiyini deyib:
"Bu yaxınlarda dostlarımız bizə duet təklif etdi. Namiq istəmədi, dedi ki, söz-söhbət yaranır. Namiq, cəsarətli ol, niyə çəkinirsən? Xalq bizdən duet istəyir. Bəlkə, sən özün düz etmirsən?”.
Müğənni bildirib ki, xeyli sayda musiqi alətləri var:
"İki royalım var: biri İstanbuldadır, o birini isə Namiq apardı. Amma söz verib qaytaracaq"./axşam.az/
MediaFax