Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli oğlu Əliyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.
Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Salayev Baba Hacı-Baba oğlu və Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi Hüseynov İsmayıl Xəlil oğlu isə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.