Çayda boğulan 12 yaşlı oğlanın meyiti tapıldı

Beş gün əvvəl Biləsuvarda çayda batan oğlanın meyiti sudan çıxarılıb.
 
Bu barədə hadisə yerində olan polis əməkdaşları məlumat veriblər. 12 yaşlı Elçin  Mehdiyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Qeyd edək ki, 2005-ci il təvəllüdlü Elçin Asif oğlu Mehdiyev fevralın 25-də həyətdə velosipedlə oynayarkən Balharı çayına düşüb.
 
Faktla bağlı araşdırma aparılır./APA/

MediaFax