Aya uçmaq asanlaşdı

Gələn ilin sonlarında insanlar yenidən Ayın ətrafında dövr edəcək.

"SpaceX” kosmik kompaniyasının başçısı İlon Mask bu barədə bəyanatla çıxış edib.

İlon Maskın sözlərinə görə, hələlik avtomatik yük variantında uçan "Dragon” kosmik gəmisinin bu ilin sonunadək idarəedilən versiyası hazır olacaq.

Həmçinin iki kosmik turistin Ay ətrafında səyahətə görə böyük məbləğdə vəsait ödədiyi bildirilir. Lakin onların adları gizli saxlanılır. Əgər kompaniyanın planları reallaşsa, bu, 40 ildən çox bir müddət ərzində Yerin təbii peykinə ilk idarəedilən uçuş olacaq.

Bundan başqa, Falcon-9 daşıyıcı raketinin Amerikanın "Apollon” ay proqramının ekipajının havaya qalxdığı uçuş kompleksindən start götürməsi planlaşdırılır./AZƏRTAC/

MediaFax