"Türkiyə Əl-Babdan sonra Mənbicə girəcək. YPG Mənbicdən çəkilməsə, onları vuracağıq".
"Haberturk”un verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"ABŞ YPG ilə PKK arasında heç bir fərq olmadığını söyləyib. ABŞ-ın bizi hədəf alan təşkilatla işbirliyini davam etdirməsini istəmirik. YPG ilə birgə bu əməliyyatı həyata keçirmək Suriyanın gələcəyini riskə altına atmaq, terrorçuların nəzarəti altında ərazi formalaşmasını təmin etmək deməkdir. ABŞ bu yanlış fikirdən çəkinməlidir. Bura ABŞ torpaqları deyil. Biz niyə amerikalı əsgərlərlə qarşı-qarşı gəlməliyik? YPG Mənbicdən çəkilməsə, biz onları vuracağıq”./APA/
MediaFax