Masallı rayonunda silahlı insident olub.
Hadisə Lənkəran-Masallı yolunda Masallınınm Türkoba kəndi ərazisində baş verib.
Hadisə zamanı naməlum şəxs 90-HV-110 dövlət qeydiyyat nömrə nişanlı "Volkswagen-Passat" markalı avtomobilə avtomatdan bir neçə dəfə atəş açıb.
Hadisə zamanı Lənkəran rayon Boladi kənd sakini Fariz adlı şəxsin öldüyü bildirilir.
Silahlı insidenti törədənlərdən biri Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) təslim olub./report.az/
APA-nın məlumatına görə, onun qətlə yetirdiyi şəxsin lənkəranlı kriminal avtoritet kimi tanınan Elçinin qardaşı olduğu bildirilir.