Avtobus yol kənarındakı adamları vurdu, ölən və yaralananlar var - BAKIDA

Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 21-də saat 07 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Müşfiq Şıxəliyev idarə etdiyi "Daevoo" markalı 20 saylı  xətt avtobusu ilə yolun kənarında dayanmış paytaxt sakinləri Mahmud Cəfərovu, Mələk Zülfüqarovanı və Habil Ağayevi vurub. Nəticədə M.Cəfərov hadisə yerində ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı  araşdırma aparılır.


MediaFax