Avtobus sürücüsü işdən qovuldu

20 saylı marşrutla bağlı daxil olan şikayət və foto şəkillər əsasında 10-TG-704 -seriyalı avtobusun sürücüsü A. Məhərrəmov yol hərəkət qaydalarını pozduğu və bu kimi hallara tərəfindən mütəmadi yol verildiyi üçün BNA-nın iradı əsasında daşıyıcı şirkət tərəfindən işdən azad edilib.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, yolda təhlükəsizlik qaydalarına əməl etmək ümumi məsuliyyətdir.

Agentlikdən bildirilir ki, sürücü, sərnişin, daşıyıcı şirkət eyni qaydada öhdəlik daşıyır.

MediaFax