Avtobus gözləyirdilər, maşın vurdu

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Osaküçə-Sinovlu yolunda qeydə alınıb.

Belə ki, "OKA" markalı avtomaşın avtobus dayanacağında olan iki nəfəri - Bağırov Rövşən Ağamirzə oğlu Məhərrəmova Təranə Mirzəbala qızını vurub.

Zərərçəkənlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Bağırova aşağı ətrafların sınığı diaqnozu qoyulub, onun vəziyyəti hazırda orta-ağır kimi qiymətləndirilir.

Hadisəni törədənin kimliyi məlum deyil.

Qeyd edək ki, Osaküçə kənd sakini R.Bağırov şəhid atasıdır./aznews.az/

MediaFax