Avtobus aşdı - 43 nəfər yaralandı

Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 43 nəfər yaralanıb.

"Habertürk" qəzetinin verdiyi məlumata görə, hadisə Konya şəhərində qeydə alınıb.

Belə ki, yolların buz bağlaması səbəbindən avtobus idarəetməni itirərək yoldan çıxıb. Avtobusda qalan yaralılar xilas edilərək yaxınlıqdakı xəstəxanalara aparılıblar./virtualaz.org/

MediaFax