Avropanı qana boyamaq istəyən İŞİD-çilər yaxalandı

Türkiyənin Adana şəhərində Livan əsilli Danimarka vətəndaşı Məhəmməd Ləban ilə İraq əsilli İsveç vətəndaşı Məhəmməd Tofiq adlı terrorçular ələ keçib.

Sputnik məlumat verir ki, polis hər iki şəxsin sorğu zamanı İŞİD düşərgələrində çəkilmiş fotolarını əldə edərək, onların təxribat planlarını öyrənib.

İŞİD-çilərin üç ay ərzində hərbi təlim keçərək Avropada terror törətmək niyyətində olduqları bəlli olub.

MediaFax