Avropanın bir neçə ölkəsi bir araya gələrək yeni futbol çempionatı yaratmağa qərar veriblər.
"Sabah"ın verdiyi məlumata görə, Belçika, Hollandiya, İsveç, Şotlandiya və Norveçdə artıq məsələ ilə bağlı işə başlanılıb.
Yeni yaradılacaq liqa UEFA-dan kənar fəaliyyət göstərəcək və bu çempionatda mübarizə aparan komandalar öz ölkələrində çıxış etməyəcək. Artıq Danimarkanın "Kopenhagen" klubu bu məlumatı təsdiqləyib. "Anderlext", "Seltik", "Ayaks", PSV, "Rusenborq", "Malmö" və "Brügge" klublarının da çempionata qatıla biləcəyi bildirilir.
Adıçəkilən komandalar yeni yaradılacaq liqada çıxış edəcəkləri təqdirdə UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək./report.az/
MediaFax