Avropa Rusiyaya sanksiyalardan itirib - 17,6 milyard avro

Rusiyaya sanksiyalar 2015-ci ildə Avropa İttifaqında 400 min iş yerinin ixtisarına gətirib.
 
Avstriya İqtisadi Araşdırmalar İnstitutunun hesabatında belə deyilir.

İnstitutun tədqiqatı göstərir ki, 2015-ci ildə Rusiyaya tətbiq olunan sanksiyaları və Moskvanın buna cavab tədbirləri üzündən Avropa İttifaqının iqtisadiyyatı 17,6 milyard avro itirib.

Avropa İttifaqı Rusiyaya 2014-cü ildən sanksiyalar tətbiq edir. Bu, Ukrayna torpaqlarının işğalı ilə bağlıdır.

Avstriya İqtisadi Araşdırmalar İnstitutunun hesabatında vurğulanır ki, Rusiya iqtisadiyyatı zəiflədiyi üçün Avropa İttifaqı ilə ticarət sanksiyalarsız da düşəcəkdi. Tədqiqatçılar bildirir ki, ticarət göstəricilərinin düşməsinin yalnız 44%-i sanksiyalarla bağlıdır: "Məhdudiyyət tətbiq edilməsəydi, Avropanın Rusiyaya ixracının azalması səbəbindən yaranan itki 22 milyard avro olacaqdı”.

1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Böyük Britaniya qurumdan çıxmaq üzrədir./novator.az/

MediaFax