Avropa İttifaqı Azərbaycanla bağlı YENİ SƏNƏD hazırladı

Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə idarəsinin baş direktoru Kriatian Danielson və Avropa Xarici Siyasət Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə İdarəsinin icraçı direktoru Tomas Mayr-Harting yanvarın 31-də Azərbaycana gəlir.
 
Bu barədə Avropa Xarici Siyasət Xidmətinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel bildirib.
 
Onların Bakıda yüksək səviyyəli görüşləri nəzərdə tutulur: "Onlar Azərbaycana əməkdaşlıq prioritetləri sənədinin layihəsini təqdim edəcəklər. Bu kimi sənəd assosiasiya sazişi olmayan ölkələr üçün tərtib edilir. Sənəd Azərbaycanla növbəti 3 il üçün əməkdaşlıq prioritetlərini müəyyənləşdirir. Sənəddə bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər də əksini tapacaq"./APA/

MediaFax