ATV-də işçilərin məvacibləri gecikdirilir.
Saytımıza daxil olan məlumata görə, yeni televiziya mövsümündən əksər daimi sponsorlar "Xəzər" TV-yə üz tutduğundan reytinqdə geriləyən ATV-də maliyyə böhranı yaranıb.
Qeyd olunur ki, telekanalın baxımlı verilişlərindən olan "Bizimləsən" sponsorlarını itirməkdədir. Hətta bəzi əməkdaşların məzuniyyət pulları verilməyib.
Mənbə iddia edir ki, ATV-dəki proqramlara sponsorluq edən şirkətlərin əksəriyyətinin "Xəzər"ə üz tutmasının səbəbi Xoşqədəm Hidayətqızının bu telekanaldakı yeni layihəsidir. Belə ki, teleməkanda reytinq liderliyini yenidən ələ keçirən Hidayətqızını ATV rəhbərliyi geri qaytarmaq istəsə də, ikinci bu təklifə heç də müsbət yanaşmır./ölkə.az/
MediaFax