Atmosfer çirklənməsi ilə belə mübarizə aparın - Alimlərin açıqlaması

Böyük Britaniyanın imperiya kollecinin tədqiqatçıları insan orqanizminin iqlim dəyişkənliyinə, atmosfer çirklənməsinə müqavimət göstərə biləcəyinə inanırlar.
 
Alimlər bunun ən sadə üsulunu planeti yaşıllıqdan, meyvə ağaclarından məhrum etməməkdə, hər bir insanın isə gündə 800 qram meyvə-tərəvəz yeməsində görürlər.
 
İngilis alimlər əsasən 10 növ meyvə-tərəvəzdən istifadə etməyi məsləhət bilirlər. Onlar gündə 80 qram meyvə yeyilməsinin belə müsbət təsirini qeyd edirlər.
 
Alimlərin sözlərinə görə, gündəlik qidanın tərkibində 200 qram meyvə-tərəvəzin, xüsusilə də göyərtilərin, kahının, banan və armudun olması, eləcə də hər gün üç çay qaşığı noxud qəbul edilməsi orqanizmdən zərərli maddələrin qovulmasını sürətləndirir. Alimlər düşünürlər ki, belə meyvə-tərəvəzlərdən istifadə ölüm riskini 15 faiz, xəstəliklərə tutulma hallarını isə 13 dəfə azaldır.

Britaniyalı mütəxəssislər tez-tez meyvə-tərəvəz yeyən adamların yalnız 4 faizində xərçəng xəstəliyi aşkarlandığını deyirlər.

İmperiya Kollecinin əməkdaşları milyonlarla adamın həyat tərzini, qida rasionunu öyrənəndən sonra belə bir nəticəyə gəliblər.

Alimlər deyirlər ki, ekologiyanın sürətlə çirkləndiyi bir dövrdə təbii məhsullardan, meyvə və tərəvəzdən gündəlik istifadə orqanizmin müqavimətini gücləndirməklə yanaşı, tezliklə müsbət yöndə genetik dəyişikliyə də gətirib çıxara bilər./novator.az/

MediaFax