Mehriban Zeynalova: "Atası tərəfindən 8 il mal tövləsində zəncirdə saxlanılmış qız, bacısının meyiti ilə birlikdə bir neçə gün keçirib"
Atası tərəfindən 8 il mal axırında zəncirdə saxlanılan qızın kədərli həyat tarixçəsi barədə yeni təfərrüatlar üzə çıxıb. "Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, qızın bir bacısı da varmış.
"Analarının ölümündən sonrqa ata iki qızını mal tövləsində saxlayıb. Onlardan birinin ürəyi dayanıb. Pərvanə bir neçə gün meyitlə birlikdə təklikdə qalıb. Onu ordan çıxarmaq heç kiminn ağlına gəlməyib. Bu fakt barəsində bizə reportaj hazırlamış bir jurnalist xəbər verib”,- deyə Mehriban Zeynalova bildirib.
Bu fakt rəsmən təsdiq olunmayıb. Onun sözlərinə görə, baş verənlərə görə yalnız ata deyil, bu hadisə barədə bilən hər kəs və müvafiq strukturlar da məsuliyyət daşılyırlar. "Mən hadisənin necə baş verdiyini bilmirəm və heç kimi günahlandırmaq istəmirəm. Lakin ola bilməz ki, heç kim o qız barədə heç nə bilməsin. Sahə müvəkkili, məktəb, qohumlar. Hələ ki, bu dəhşətli hadisə ilə bağlı istintaq başa çatmasada, onu deyə bilərəm ki, böyük faciədir”,- deyə M.Zeynalova qeyd edib.
DİN-in mətbuat katibi, polis polkovniki Ehsan Zahidov isə bildirib ki, əgər bu informasiya təsdiqini tapsa qızların atası məsuliyyətə cəlb olunacaq. "İnsanın azadlığını əlindən almaq olmaz - bu cinayətdir, lakin bunu hələ ki sübut etmək lazımdır”,- deyə DİN sözçüsü bildirib.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində analoji hadisələr baş verib. 2008-ci ildə Avstriya polisi öz qızını 25 il zirzəmidə əsir saxlamış şəxsi həbs edib. O illər boyu qızını zorlayıb. Bu əlaqədən 8 uşaq dünyaya gəlmişdi. Azad olunana qədər bu uşaqların heç biri gün işığı görməmiş, zirzəmidən bayıra çıxmamışdılar. 2013-cü ildə Amerikanın Ohayo ştatında 26, 23 və 31 yaşlarında 3 qızı əsir saxlamış latınamerikalı 3 seksual manyak saxlanılmışdı. Onlar gənc qızları seksual köləliyə məcbur etdiklərinə görə həbs olunmuşdular. Qızlar 10 il əvvəl onların əlinə keçmiş və ailələri bu qızları artıq ölmüş hesab edirmiş./criminal.az/
MediaFax