ASAN yeni mərkəz açdı - Bakı qeydiyyatı şərt deyil

Bu gün Bakıda 2 saylı "ASAN Kommunal" mərkəzi fəaliyyətə başlayıb.
 
APA-nın xəbərinə görə, Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlar mərkəzin xidmətlərindən istifadə edə biləcəklər.
 
2 saylı "ASAN Kommunal" mərkəzində "Azərişıq", "Azərsu" və "Azəriqaz" tərəfindən 45 növ xidmət göstəriləcək.
 
Yaxın gələcəkdə Bakıda, Ukrayna dairəsi yaxınlığında 3 saylı "ASAN Kommunal" mərkəzinin açılması planlaşdırılır.
 
Qeyd edək ki, 10 fevral 2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı "ASAN Kommunal" mərkəzin rəsmi açılışı olub.

MediaFax