Arvadını və qaynanasını baltaladı

Tərtər sakini arvadını və qaynanasını baltalayıb.
 
Tərtər Rayon Polis Şöbəsindən verilən məlumata görə, ötən gün rayon sakini, 29 yaşlı Tofiq Məmmədov yaşadığı evdə arvadı, 37 yaşlı Məshəti Səmədova və qaynanası Səfurə Quliyevaya balta ilə xəsarət yetirib. Başından xəsarət alan ana və qızı xəstəxanaya yerləşdirilib.
 
Hadisəni törədən T. Məmmədov saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır./apa.az/

MediaFax